Qadin.NET / Hökumətdən yeni qərar

Hökumətdən yeni qərar

 

Hökumətdən yeni qərar

"Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası" təsdiq edilib. ANS PRESS-in Nazirlər Kabinetinə istinadla verdiyi məlumata görə, Nazirlər Kabineti "Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 2014-cü il 11 avqust tarixli 244 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərar qəbul edib: "Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur)".
Qeyde dək ki, bu qərar 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

 

Mənbə: ANS PRESS 

13 noyabr 2014
GO BACK