Qadin.NET / Cəbhədə ağır döyüşlər gedir?

Cəbhədə ağır döyüşlər gedir?

Cəbhədə ağır döyüşlər gedir?


Hazırda cəbhə boyu ağır döyüşlər getmir”. ANS PRESS-in məlumatına görə, bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin guya helikopterin vurulmasından sonra 8-9 saatdır ağır döyüşlərin getdiyi barədə yaydığı məlumatı şərh edərkən deyib.Onun sözlərinə görə, istər helikopterin vurulduğu ərazidə, istərsə də cəbhənin digər istiqamətində gərginlik yoxdur. Adəti üzrə atəşkəs rejimi pozulur.Qeyd edək ki, Ermənistan SQ tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirir.Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.İlkin məlumata görə, düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçu həlak olub.

Mənbə: ANS PRESS

13 noyabr 2014
GO BACK