Qadin.NET / "Heydər Əliyev və Azərbaycan tarixi" adlı bilik yarışı başlayıb

"Heydər Əliyev və Azərbaycan tarixi" adlı bilik yarışı başlayıb

 

 

Bu gün Heydər Əliyev Mərkəzində tələbələr arasında "Heydər Əliyev və Azərbaycan tarixi" adlı ümumrespublika bilik yarışı keçirilib.Milli.Az Trend-ə istinadən xəbər verir ki, gərgin mübarizə şəraitində keçən yarışmanın qalibi 35 xal qazanan Bakı Slavyan Universiteti olub. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası 32 xalla ikinci, Lənkəran Dövlət Universiteti isə 31 xalla 3-cü yeri tutub.Sonda qalib gələn komandalar mükafatlandırılıb. Bütün iştirakçı komandalara isə sertifikatlar verilib.
Mənbə: Milli.Az
13 noyabr 2014
GO BACK