ABŞ-ın Dell şirkəti Yaponiya bazarına Windows əməliyyat sisteminin idarəetməsi ilə işləyən 8 düymlü EveryPad Pro planşet kompüterini təqdim edib. Model Dell Venue 8 Pro planşetinin modifikasiya edilmiş versiyasıdır.Milli.Az İCT nevs-a istinadən bildirir ki, ABŞ bazarı üçün nəzərdə tutulan Venue 8 Prodan fərqli olaraq EveryPad Pro modeli daha sürətli prosessor (Atom Z3745D və ya 1,33 QHs takt tezlikli Z3740D əvəzinə 1,49 QHs takt tezlikli dördnüvəli Intel Atom Z3775D (Bay Trail)) ilə təchiz edilib.
EveryPad Pro planşetinin digər xüsusiyyətlərinə 1280 x 800 piksel təsvir ölçülü 8 düymlü IPS displey, 64 giqabaytlıq daxili yaddaş, Wi-Fi 802.11n və Bluetooth 4.0 simsiz rabitə modulları, microSD yaddaş kartı üçün çıxış, 4830 milliamper/saat tutumlu akkumulyator, iki kamera (5 meqapikselli əsas və 1,2 meqapikselli ön), Windows 8.1 with Bing əməliyyat sistemi daxildir. Microsoft Office Home və Business proqramlarının Yaponiya versiyaları bonus kimi təklif olunur.
Mənbə: Milli.Az