Qadin.NET / Düşmən helikopterini məhv edən hərbi qulluqçu mükafatlandırıldı

Düşmən helikopterini məhv edən hərbi qulluqçu mükafatlandırıldı

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiriMuradov İlkin Məmməd oğlu hərbi xidmətdə sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb. Bu barədə Trend nazirliyin saytına istinadən məlumat verib.

Müdafiə Nazirliyi əlavə olaraq bildirir ki, düşmənin döyüş cütlüyündən ibarət helikopterlərdən biri vurulub, digəri isə atəş zonasından yayınaraq uzaqlaşıb. İlkin məlumata görə düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçusu həlak olub.
Mənbə: Milli.Az
12 noyabr 2014
GO BACK