Qadin.NET / Erməni helikopteri niyə məhz bu gün vuruldu?

Erməni helikopteri niyə məhz bu gün vuruldu?

 

 

2008-ci ildə Ermənistanın xarici işlər nazirinin müavini Qegam Qaribcanyan Tehranda İranın XİN başçısı Mənuçöhr Motəkki ilə görüşəndə iranlı nazir belə demişdi. Səbəb erməni Qegamyanın ev sahibi Motəkkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı eyhamlar vurmasından sonra aşkar şəkildə "ermənilər situasiyaya nəzarət edirlər" deməsi idi. Motəkki istehza ilə gülümsəmiş və zərb-məsələ çevrilmiş sözlərini demişdi.
İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərinin başladığı gündə Dağlıq Qarabağ münaqişəsi zonasında, cəbhə xəttində qarabağlı separatçılara aid olduğu deyilən Mi-24 helikopterinin vurulması təsadüfdürmü?
 Ermənistanın yürütdüyü siyasəti, ələlxüsus da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı situasiyanı, Yerevanın Tehrala münasibətlər sahəsindəki planlarını və perspektiv hesablamalarını nəzərə alanda, səbəb və nəticə arasındakı bağlılıq bir daha bəlli olur.
 Ruhaninin səfərinin başladığı gün qarabağlı separatçıların fəallaşması və yeni təxribatı gerçəkləşdirməyə çalışacaqları ehtimalı bəsit təxmin sayıla bilərdi.
 Özünü illərdən bəri könüllü nəqliyyat blokadasına salmış Ermənistan üçün İran, sadəcə, qonşu dövlət, həmsərhəd ölkə yox, ən iri strateji, iqtisadi, nəqliyyat və enerjidaşıyıcıları partnoyrudur.
 İranın təbii qazından illər uzunu istifadə edən Yerevan sonucda Tehrana verdiyi vədlərin heç birinə əməl etmədiyi, Rusiyanın "Qazprom" konserninin ultimatumları qarşısında geri çəkilərək ölkənin təbii qaz idxalı və daxili qazpaylama sahələrini büsbütün Moskvanın nəzarətinə verəndən sonra İran çağdaş reallıqları, sanki, yenidən gördü.
 Üstəlik, Yerevan İranla yeni regional struktur yaradacığını da vəd vermiş, çoxsaylı öhdəliklər götürmüşdü.
 Amma sonradan Avropa Birliyi ilə "şirnikləndirici" oyunlar başladı, axırda da Ermənistan Rusiyanın postsovet məkanındakı yeni geosiyasi qurum qismində yaratdığı Avrasiya İqtisadi Birliyinə qatıldı. Vaxt keçdi, Ermənistanla İran arasında bir zamanlar çox məhrəm və səmimi olan "müttəfiqlik, dostluq, mehriban qonşuluq və qardaşlıq" münasibətləri pozuldu. İran bölgədəki siyasi və xüsusilə də geosiyasi reallıqları hesablayaraq yenidən götür-qoy edib, Azərbaycanın önəmini süni şəkildə azaltmağın zərərli olduğunu bilib və bu səbəbdən də rəsmi Bakı ilə münasibətləri birtərəfli qaydada "təftiş" etmək qərarına gəlib. Ermənistan, təbii ki, baş verənləri laqeydliklə izləyə bilməzdi. Dağlıq Qarabağ separatçılarının həmişəki kimi, bu dəfə də Ermənistan üçün Azərbaycana qarşı vurulacaq kart qismində istifadə olunması variantı gündəmə gəldi. Mi-24 helikopterinin səmaya qalxmazdan əvvəl onun pilotlarının qarşısına qoyulmuş məqsəd Azərbaycan mövqelərinin atəşə tutulması, tapşırıqsa diversiyanın mümkün qədər "səs-küylü" alınması idi. Yerevanın hazırladığı bəsit ssenariyə görə, helikopter Azərbaycan mövqelərini idarə olunmayan raketlərdən (NURS-lardan) atəşə tutmalı, ən pis halda isə mövqelərimizin üzərindən "qürurlu kəşfiyyat uçuşu" etməliydi. Bu minvalla da qarabağlı separatçılar Dağlıq Qarabağ münaqişəsi zonasında səmanı tam kontrolda saxladıqlarını göstərməli idilər. Savaş qanunları isə deyir ki, münaqişə və ya qarşıdurma bölgəsində səmaya nəzarət edən, ümumiyyətlə, bütün proseslərə ən güclü müdaxilə imkanlarına malikdir. Ermənilər İran Prezidenti Həsən Ruhaniyə ünvanlanmış təxribat mesajında bunu nəzərdə tutmuşdular. Alınmadı. Əslində, alına da bilməzdi, çünki:
 1. Qarabağlı separatçıların "pilotları" kimi qələmə verilən Ermənistan hərbi pilotları Dağlıq Qarabağ münaqişəsi zonasının səmasında sürəkli "nəzarətçi"lər yox, potensial hədəflərdir.
 2. Ordumuzun mövqelərinin hava hücumundan müdafiə sistemləri üstün səviyyədədir və ermənilər buna bir daha əmin oldular.
 3. Azərbaycan ən kiçik təxribata belə dəfələrlə ağır cavab verir və bundan sonra belə olasıdır.
...İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri başlayıb. Bu səfər Ermənistan üçün bölgə geosiyasətində məğlubiyyətlərin daha ciddi davamıdır.
 Eynən Mi-24 helikopterinin vurulması Yerevana sərt xəbərdarlıq olduğu kimi.
 Mənbə: Milli.Az
12 noyabr 2014
GO BACK