Qadin.NET / Pokerdə 10 milyon dollar uddu

Pokerdə 10 milyon dollar uddu

 

 

O, indi ölkəsinin ən populyar insanlarından biridir. İxtisasca aşpaz olan Martin Yakobson ABŞ-ın Las-Veqas şəhərində keçirilən dünya poker çempionatında qalib gəlib. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "World Series of Poke" seriyasına daxil olan Las-Veqas turnirində qələbə Yakobsona 10 milyon dollar qazandırıb.
Final oyununda 27 yaşlı Martin Yakobson norveçli rəqibi Feliks Stefenseni mğəlub edib. "İdeal poker turniri anlayışı yoxdur. Amma bu çempionat ideala yaxın idi. Oyunlardan və turnirin gedişatından çox razıyam", - M.Yakobson deyib. Martin Yakobsonu qarşıda "Texas Holdem" turniri gözləyir. Bu çempionatda hər birinin yarışa qatılmaq üçün 10 min dollar ödədiyi 6700 pokerçi iştirak edəcək.
Mənbə: Milli.Az
12 noyabr 2014
GO BACK