Bu barədə "Qafqazinfo"ya məlumat cəbhə bölgəsindən daxil olub. Məlumata görə, bu dəqiqələrdə cəbhənin Ağdam istiqamətində, Çəmənli kəndinin ərazisində təmas xəttini pozan Ermənistan tərəfinə məxsus vertolyot vurulub.Vertolyot Azərbaycan Ordusunun nəzarət etdiyi əraziyə düşüb və hazırda ərazidə tüstüləyir.Azərbaycanın Müdafiə Nazirliyindən faktı “Qafqazinfo”ya təsdiqləyiblər. Əlavə məlumat veriləcək.
Mənbə: Milli.Az