İnternet yeniyetmələrin özünüqiymətləndirmə duyğusunu pisləşdirir. Milli.Az xəbər verir ki, alimlərin 30 min məktəbli arasında keçirdikləri sorğunun nəticələri bunu deməyə əsas verir. Sorğular nəticəsində məlum olub ki, İnternetin daha da populyarlaşmasından sonra yeniyetmələr arasında özünə qiymət vermək zəifləyib. Əgər 2007-ci ildə 14-15 yaşlı qızların özünü qiymətləndirməsi 41% idisə, 7 il sonra vəziyyəti 33%-lə göstərmək olar. 7 il əvvəl yeniyetmə oğlanlarda özünə dəyər vermək duyğusu 55% idisə, 2013-cü ildə 50% olub. Alimlər qeyd edirlər ki, bu geriləmə yeniyetmələrin İnternetdə daha çox vaxt keçirmələri ilə əlaqədardır.
Mənbə: Milli.Az