Qadin.NET / Azərbaycanda qızlar və oğlanlar üçün xüsusi plan

Azərbaycanda qızlar və oğlanlar üçün xüsusi plan

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsində qeyd edilib. Layihəyə görə, bu kimi halların qarşısının alınması üçün ölkədə doğulanların cins nisbətinin monitorinqinin həyata keçirilməsi nəzərdə tutulur. Nazirlikdən bildirilib ki, diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur. Hazırda hər 100 doğulan qıza 116 oğlan düşür (bioloji norma göstəricisi 105-107 təşkil edir). Bu hal ilk növbədə valideynlər tərəfindən uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və selektiv abortlarla izah oluna bilər. Ölkədə qadınların reproduktiv potensialının tədricən azalmasını (nəsillərin əvəz olunması nəticəsində reproduktiv yaşda olan qadınların sayının dəyişməsini) nəzərə alaraq, Dövlət Proqramı layihəsində doğulan uşaqların sayının 2025-ci ilə kimi hazırkı səviyyədə saxlanılması əsas prioritet kimi qəbul edilir.
Mənbə: Milli.Az
12 noyabr 2014
GO BACK