Ergi düzündə partlamamış hərbi sursatlar tapılıb
Milli.Az EL TV-yə istinadən bildirir ki, Ağdam rayonu ərazisində yerləşən Ergi düzündə 1 ədəd TM 57 markalı tank əleyhinə mina və 5 ədəd müxtəlif partlamamış hərbi sursat aşkarlanıb. Mina və hərbi sursat ANAMA-nın nəzdindəki “Dayaq” qeyri-humanitar təşkilatı tərəfindən aparılan axtarışlar zamanı Eyvaz Məmmədova məxsus pay torpağında tapılıb. Mina və digər hərbi sursatlar bu gün zərərsizləşdiriləcək.
Mənbə: Milli.Az