Çin Xalq-Azadlıq Ordusunun elitar birləşmələrindən birində artıq qadınlar da var.Yu Syu, Tao Szyali, Şen Yuvey və Hi Syaoli Çin Hərbi-Hava Qüvvələrinin ali pilotaj qrupunda ilk qadın pilotlardır.Milli.Az Xinhua-ya istinadən bildirir ki, onlar Çjuhay şəhərində keçirilən 10-cu beynəlxalq aviasiya və aerokosmik sərgidə bacarıqlarını nümayiş etdiriblər.Ali pilotaj qrupuna daxil edilmiş qadın pilotların hər biri ən yüksək səviyyəli peşəkardır və onların minimum 750 saatlıq uçuş təcrübəsi var.
Mənbə: Milli.Az