Azərbaycan Gimnastika Federasiyası noyabrın 14-də akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi keçirəcək.Azərbaycan Gimnastika Federasiyasından Trend-ə bildiriblər ki, bu yarışlarda Bakı Gimnastika Məktəbi, "Neftçi" İdman Klubu və Nizami rayon məktəbini təmsil edən 33 gimnast iştirak edəcək.Birincilikdə yeniyetmə və gənclər dərəcəli 6 qadın cütlüyü, 3 qadın qrupu, 3 qarışıq və 6 kişi cütlüyü medallar uğrunda mübarizə aparacaq. Bundan əlavə, Aynur Hüseynova, Nərmin Ramazanova və Lalə Hüseynovadan ibarət qadın qrupu öz nümunəvi çıxışlarını nümayiş etdirəcəklər.
Yarışlar saat 10:00-da Bakı Gimnastika Məktəbində başlanacaq.
Mənbə: Milli.Az