Qadin.NET / Bir həftəlik sevinc

Bir həftəlik sevinc

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.Bakıda və Abşeron yarımadasında noyabrın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 14-18 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman və çiskin müşahidə ediləcək, Lənkəran-Astara rayonlarında az yağış yağması ehtimalı var. Mülayim şərq küləyi əsəcək.Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.
Mənbə: Milli.Az

12 noyabr 2014
GO BACK