Antarktida üzərində ozon dəliyinin sahəsi 1.7 dəfə böyüyüb. Milli.Az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, dəliyin sahəsi artıq materikin özündən də böyükdür. Bu barədə Yaponiyanın milli metereoloji idarəsi məlumat yayıb. Məlumata əsasən, dəliyin sahəsi artıq 23,4 milyon kvadrat metrə çatıb. Ozon dəliyi freon kimi qazların dağıdıcı təsiri sayəsində ozon qatının deşilməsi nəticəsində yaranır.
Mənbə: Milli.Az