Qadin.NET / Sürücülərə müjdə: az qaldı

Sürücülərə müjdə: az qaldı

 

Hava şəraiti imkan verərsə, Ziya Bünyadov prospektində 9,2 km məsafədə asfalt-beton örtüyünün üst qatının döşənməsi işlərinin noyabr ayı ərzində yekunlaşması gözlənilir. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibiPünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, Ziya Bünyadov prospektində asfalt-beton örtüyünün sonuncu üst (aşınma) qatının döşənməsi işləri sürətlə davam etdirilir: “İşlərin tez bir zamanda başa çatdırılması üçün gecə saatlarında da çoxlu sayda işçi qüvvəsi və texnika cəlb olunur. Lazer cihazları ilə təchiz olunmuş asfalt döşəyən maşınların eyni vaxtda işləməsi asfalt-beton örtüyünün keyfiyyətli və hamar döşənməsinə şərait yaradır. Bu, eyni zamanda, imkan verir ki, yol boyu texnoloji tikişlər olmasın və asfalt-beton örtüyünün ömrü uzun olsun”. P.Mürsəliyevin bildirdiyinə görə, demək olar ki, artıq prospektin Böyükşor küçəsi ilə kəsişməsində yerləşən tunelə qədər asfalt-beton işləri yekunlaşıb: “Paralel olaraq yol boyu səki hissəsində tamet daşlarının düzülməsi, işıq dirəklərinin quraşdırılması, piyada keçidlərinin tikintisi aparılır və Ziya Bünyadov prospektinin sonunda Böyükşor qovşağına girmədən nəqliyyatın geri dönməsi üçün yeni hissə tikilir”.

Mənbə: Milli.Az

 

12 noyabr 2014
GO BACK