Qadin.NET / Dəri kəmərdən istifadə etmək olarmı?

Dəri kəmərdən istifadə etmək olarmı?

 

Dəri kəmərdən istifadə etmək olarmı? Dəri kəmərlə namaz qılmaq olarmı? 
Milli.Az islam.az-a istinadən bildirir ki, təbii dəri kəmərdən istifadə edərkən onun hansı dəridən hazırlanması və hansı ölkədən gətirilməsi araşdırılmalıdır. Dəri əvvəla əti yeyilən halal heyvanın dərisindən olmalıdır. Əti yeyilməsi haram olan heyvanların dərisindən hazırlanan kəmər murdar sayılır. İkincisi, hətta halal heyvan dərisindən olsa belə, o heyvanın dini qaydada kəsilməsi məlum olmalıdır. 
Yəni qeyri-müsəlman ölkələrindən gətirilən və dini qaydada kəsilməsinə yəqinlik olmayan inək dərisindən belə, kəmər bağlamaq olmaz. Amma müsəlman ölkəsindən gətirilən kəmərin halal heyvan (məsələn, inək) dərisindən hazırlandığı deyilirsə, bunu yoxlamaq üçün dərinliyinə getmək lazım deyil. Unutmayaq ki, yuxarıdakı şərtlərə cavab verməyən murdar dəri kəmər bağlayan adamın bədənində şalvarın beli tərdən islansa, kəmərin murdarlığı şalvara da keçəcək və bu halda şalvar da pak edilməlidir.
Mənbə: Milli.Az

 

12 noyabr 2014
GO BACK