Qadin.NET / Məhərrəm ayında saça rəng qoymaq, saç kəsdirmək, kosmetikadan istifadə etmək olarmı?

Məhərrəm ayında saça rəng qoymaq, saç kəsdirmək, kosmetikadan istifadə etmək olarmı?

 

Milli.Az islam.az-a istinadən bildirir ki, bu əməllərlə bağlı mühərrəmliklə başqa günlər arasında ciddi fərq yoxdur. Bu kimi əməllər əgər günaha şərait yaradarsa, qadının özünü naməhrəmlərə gözəl göstərməsi üçün edilərsə, həm məhərrəmlik mövsümündə, həm də başqa vaxtlarda günahdır. Amma özünü səliqəyə salmaq, öz həyat yoldaşından ötrü bəzənmək və naməhrəmlərə nümayiş etdirməmək qəsdi ilə edilərsə, günah olmaz. 
Məhərrəmlikdə və xüsusilə Aşura günündə bir məsələyə diqqət yetirmək lazımdır. Əgər qadın bu matəm günlərində sevinmək, şadlanmaq və yaxud şadlığa vasitə olmaq (məsələn, toya getmək) məqsədi ilə bu işləri edərsə, günah qazanacaq.

Mənbə: Milli.Az

 

12 noyabr 2014
GO BACK