Qadin.NET / Taksi sürücülərinə qarşı reyd keçirilib

Taksi sürücülərinə qarşı reyd keçirilib

 

Gəncədə Nəqliyyat Nazirliyinin yerli strukturları reyd təşkil edib. İctimai nəqliyyatvasitələri və taksilərə qarşı keçirilən reyddə cərimə olunan və xəbərdarlıq edilən sürüclər olub. Bəzi nəqliyyat vasitələri isə xətdən kənarlaşdırılıb. 

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə şöbəsi və 1 saylı Regional Nəqliyyat MMC növbəti birgə reydini keçirib. Xidmətin əməkdaşları şəhər daxilində sərnişindaşıma ilə məşğul olan ortatutumlu avtobusların fəaliyyətinin qanunvericilik və tələblərə uyğunluğunu yoxlayıb. Bəzi sürücülərə zəruri göstərişlər verilib. Bundan başqa 12 avtobusun sürücüsünə cərimə protokolları tərtib olunub, 5 nəqliyyat vasitəsi isə xətdən çıxarılıb. Taksi sürücülərinə qarşı keçirilən reyd isə çətin baş tutub. Qanunsuz taksi fəaliyyəti ilə məşğul olanların çoxu hadisə yerindən qaçmağa çalışıb. 
10-dan artıq taksi sürücüsünə protokol tərtib olunub. Bəzilərinə isə gün ərzində fərqlənmə nişanı almaq üçün vaxt verilib. Bir çox sürücünün sənədlərinin qaydasında olmasını isə müntəzəm keçirilən reydlərin nəticəsi kimi qiymətləndirmək olar.
Mənbə: Milli.Az

 

12 noyabr 2014
GO BACK