Qadin.NET / İnstagram həvəskarları üçün yaxşı xəbər

İnstagram həvəskarları üçün yaxşı xəbər

İnstagram istifadəçiləri paylaşdıqdan sonra da şəklə qoyduqları imzaları dəyişə biləcəklər. Bu günə qədər istifadəçilər imzanı dəyişmək üçün fotonu silərək yenisini yükləyirdilər. İndi isə artıq mövcud olan şəkillərin şərhlərini də dəyişmək mümkündür. Milli.Az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, "Maraqlı" bölməsinə də dəyişiklik edilib. Bundan başqa, İnstagram əlavə sosial şəbəkələrə də inteqrasiya edilib. İndi İnstagram fotolarını "VKontakte" sosial şəbəkəsində də paylaşmaq mümkün olacaq. 

Mənbə: Milli.Az

11 noyabr 2014
GO BACK