Ebola virusuna yoluxmuş Nyu-York şəhərində yaşayan həkim ölümcül infeksiyadan müalicə oluna bilib. Milli.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, 33 yaşl Kreyq Spenserdə ötən ay Ebola virusu aşkarlanmışdı. Ondan bir neçə gün öncə Spenser "Sərhədsiz həkimlər" təşkilatının missiyası ilə Qvineyaya səfər edib və Ebola virusuna yoluxanların müalicəsi ilə məşğul olub."The New York Times" qəzeti yazır ki, həkimin müalicəsi üçün bəzi eksperimental dərmanlar tətbiq edilib.
Mənbə: Milli.Az