3 aya yaxın bağlı qalan Şəkinin mal bazarı fəaliyyətini bərpa edib. Ancaq deyəsən, nə alıcılar, nə də satıcılar bazardan razıdır. Bazarda çəkiliş aparan əməkdaşlarımız maraqlı faktlarla qarşılaşıblar.
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, bazara heyvanlar buraxılsa da, alıcı qıtlığı kəskin şəkildə özünü göstərir. Heyvan sahiblərini narazı salan digər məqam isə qiymətlərin çox aşağı olmasıdır. Qiymətlərin aşağı olmasında əsas səbəb kimi isə yenə də heyvanlar arasında yayılan "nodulyar dermatit" virusu göstərilir. Digər məsələ isə bazara iribuynuzlu mal-qaranın hələ də buraxılmaması ilə bağlıdır.
Şəki Rayon Baytarlıq İdarəsindən iribuynuzlu heyvanların bazarda satışa çıxarılması ilə bağlı qadağanın aradan qaldırıldığı bildirildi. Həkimin sözlərindən fərqli olaraq, bazar rəhbərliyi və satıcılar iribuynuzlu heyvanların bazara gətirilmədiyini söylədilər.