Qadin.NET / Abort qadağan olunsunmu?

Abort qadağan olunsunmu?

 

Rusiyanın Samara şəhərindən Dövlət Dumasına seçilən deputatlar hesab edirlər ki, ölkədəki demoqrafik problemləri qanunvericilikdə dəyişikliklə həll etmək mümkündür. Bu gün Rusiya dünyada əhalinin sıxlığına görə 181-ci yerdə dayanır. Deputatların fikrincə, vəziyyəti dəyişmək lazımdır.
Deputat Dmitriy Sevirkin deyir ki, Rusiya ərazisində 1918-ci ildən bu yana edilmiş abortların sayını birinci və ikinci dünya müharibələrindəki itkilər qədər qiymətləndirmək olar. Deputat hesab edir ki, yalnız zorlanmadan sonra hamilə qalan qadınların abort olunmasına izn vermək olar.
Bütün bunlarla yanaşı, abort çox güclü hormonal və emosional stressdir. Hər qadın bu vəziyyətə fərqli dözümlülük nümayiş etdirir. Hər şey fərdirir. Abort zamanı qadın infeksion xəstəiklərə yoluxa, hətta sonsuz da qala bilər.
Son statistikalar göstərir ki, ailələr qız uşaqlarını istəmədikləri üçün aborta üstünlük verirlər. Abortun həm demoqrafik, həm də mənəviyyat baxımından düzgün olmadığını düşünənlər buna hər zaman qarşı çıxırlar. Ancaq şərait bəzən insanları hələ dünyaya gəlməmiş övladlarından imtina etməyə vadar edir. Ölkəmizdə abort hallarının yayılmasında mental düşüncənin də günahı var. Qadın bir neçə dəfə qız uşağı dünyaya gətirdikdən sonra ona elə qohumları tərəfindən qınaq yaranır. Həyat yoldaşının valideyinləri tərəfindən işlədilən "nəslimiz qurudu" - kimi ifadələr qadını aborta təhrik edir.
Bəs siz necə düşünürsünüz, əziz oxucular? Azərbaycanda da abortların qadağan olunması vacibdirmi?

Mənbə: Milli.Az

 

10 noyabr 2014
GO BACK