Azərbaycanın dünya şöhrətli detektiv yazarı Çingiz Abdullayev İnterpolun fəxri səfiri olub. ANS PRESS-in məlumatına görə, bu barədə məktub Monakodan Azərbaycan daxili işlər naziri adına gəlib. Məktub İnterpolun rəhbəri adından daxil olub. Qeyd edək ki, Azərbaycanın detektiv yazıçısı, nasir, publisist, Çingiz Abdullayev 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hüquq elmləri doktoru olan yazıçı 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib. Onun 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. Çingiz Abdullayev 193 adda kitabın müəllifidir.
Mənbə: Milli.Az