Qadin.NET / Dünyanın 5 ən güclü ordusu

Dünyanın 5 ən güclü ordusu

"National İnterest" məcmuəsinin başlığı ordularla bağlı olsa da, əslində, quru qoşunlarını müqayisə edir. Milli.Az Azadlıq radiosuna istinadən yazır ki, "National İnterest" yazır ki, orduların gücü əsgərlərin sayı ilə ölçülmür.Şimali Koreyanın quru qoşunlarında 950 min hərbçi var. Ancaq Şimali Koreya bu ordusunun gücünü yarımadadan qırağa çıxarda bilmir. Myanmar, İran və Vyetnam orduları sayca Almaniya ordusundan çoxdur.Texnologiya çox vacibdir, ancaq o da həlledici deyil.62 minlik Almaniya Ordusu 1 milyon 100 min hərbçisi olan Hindistan ordusuna qalib gələ bilərmi?"National İnterest" yazır ki, orduları müqayisə etmək çox çətindir. Ancaq dünyada bir ordu var ki, onun hamıdan güclü olmağı sual doğurmur.Bu, ABŞ ordusudur. Bu ordunun quru qoşunlarında 525 min hərbçisi var. Onların əksəriyyəti təcrübəli veteranlardır.Ordunun texniki təchizatı ən müasir səviyyədədir. Bu, yeganə ordududur ki, gücünü dünyanın istənilən nöqtəsinə yönəldə bilər.Xüsusi əməliyyatlar komandanlığında 28 min 500 nəfər var.Çin ordusu Asiyada ən böyük ordudur. Çinin quru qoşunlarında 1,6 milyon hərbçi var. Çin ordusu gücünü bütün dünyaya yönəltmək iqtidarında deyil, hərçənd bu imkanı getdikcə artır.Çin ordusu ölkənin ətrafındakı ərazilərə isə, öz gücünü, necə deyərlər, proyeksiya edə bilər.Asiyada ikinci ən böyük ordu Hindistandadır. Hindistanın 1,1 milyonluq ordusunun belə çoxsaylı olmağının səbəbi ölkənin sərhədlərinin çox uzun olması və ölkənin Çin və Pakistan kimi iki rəqibi arasında yerləşməsi ilə bağlıdır."National İnterest" daha sonra Rusiyaya keçir. Rusiyanın quru qoşunlarında 285 min hərbçi var. Bu, ABŞ ordusundan sayca iki dəfə azdır. Rusiyanın quru qoşunları müasir texnika ilə yaxşı təchiz olunub."National İnterest" Rusiya ordusunu Çin ordusu ilə müqayisə etmir. Ancaq növbəti ordu haqda yazır ki, Britaniya ordusunun quru qoşunları, şübhəsiz, Avropada ən güclü quru qoşunlarıdır.Britaniya ordusu ən miqyaslı əməliyyatlara qadirdir. Britaniya ordusu sayca da nisbətən azdır, burda cəmi 102 min hərbçi var. 

Mənbə: Milli.Az

 

10 noyabr 2014
GO BACK