Qadin.NET / ABŞ Rusiyaya təslim oldu

ABŞ Rusiyaya təslim oldu

 

ABŞ Rusiyaya təslim oldu

ABŞ dövlət katibi Con Kerri "Yeni Soyuq müharibə?" adlı son məqaləsində qərb ölkələrini Rusiya ilə münasibət qurmağa çağırıb. ANS PRESS-in məlumatına görə, Almaniyanın “Frankfurter Allgemeine Sonntagszeitung” qəzeti üçün yazılmış məqalədə o bildirib ki, "Rusiyanın Ukraynaya təcavüzü yolverilməzdir". Onun fikrincə, Berlin divarının sökülməsindən sonra Avropada formalaşmış qaydalar təhlükə altındadır. "Əgər Moskva lazımi tədbirlər görməyə hazırdırsa, biz Rusiya ilə konstruktiv münasibətlər qurmağa can atmalıyıq. Bu hamı üçün yaxşıdır. Rusiya, Avropa, ABŞ və Kanada ekstremizm, nüvə silahının yayılması və infeksion xəstəliklər kimi qlobal problemləri həll etmək birləşməlidir", - deyə Kerri vurğulayıb. 
Mənbə: ANS PRESS 

 

10 noyabr 2014
GO BACK