Qadin.NET / Məşhur müğənninin paltarı fantastik qiymətə satıldı

Məşhur müğənninin paltarı fantastik qiymətə satıldı

Dünya şöhrətli müğənni Madonnanın səhnə kostyumları Kaliforniyada hərraca çıxarılıb. Milli.Az-ın məlumatına görə, müğənninin paltarları ümumilikdə 3.2 milyon dollara satılıb. Bu barədə BBC məlumat yayıb. Ən bahalı lot "Syuzenin mənasız axtarışları" filmində rol alarkən Madonnanın geyindiyi gödəkçə olub. Həmin gödəkçəyə 252 min dollar veriblər. "Material Girl" klipində geyindiyi don isə 73.1 min dollara satılıb. 1985-ci ildə Şon Pennlə evlənərkən geyindiyi paltar 81.2 min dollara satılıb. 

Mənbə: Milli.Az

10 noyabr 2014
GO BACK