Qadin.NET / Ərdoğandan inanılmaz açıqlama

Ərdoğandan inanılmaz açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident sarayının son zamanlar müzakirə mövzularından birinə çevrilməsinə münasibət bildirib.ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki günlük Türkmənistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.Jurnalistin “Prezident Sarayı mövzusu dünya mətbuatında dəfələrlə yayımlandı, baş xəbərlərdən oldu. Ağ Evlə, Versal Sarayı ilə müqayisə etdilər. Bunu necə dəyərləndirirsiniz?” sualını bu cür cavablandırıb:“Bu bina ölkəmizin ehtiyacı üçün inşa edilib. Xarici qonaqlarımızı qarşılamaq üçün 11-12 il prospektləri bağlamalı, hətta mərasimləri küçədə keçirməli olmuşuq. Çankayada bundan sonra Əhməd bəy (Davudoğlu) oturacaq. Mən baş nazirliyim müddətində rəsmi iqamətgahda qalmamışam. Keçiörəndə binalardan birində kirayədə qalırdım – bunu heç deməzlər. Ankarada Abdullah bəyin oturduğu iqamətgaha daşınmağım isə prezident seçildikdən sonra olub. Mən gələn prezidentlərə və başqa hörmətli qonaqlara yeməyi otellərdə yox, hamısına ziyafəti rəsmi iqmətgahda təşkil etmişəm. Biz bunları bizdən əvvəlkilər kimi otellərdə vermiş olsaydıq, rəqəmlər artmış olardı. Bunu deməzlər. Bu qədər həssasiyyət içində olmuşam”.
Qeyd edək ki, Türkiyədə yeni tikilmiş və 1000 otağı olan təzə prezident sarayının xərcləri 615 milyon dollar, ümumi sahəsi 150000 kvadrat metrə yaxındır.

Mənbə: Milli.Az

10 noyabr 2014
GO BACK