Qadin.NET / 100 yaşlı nənə ad günündə atıldı

100 yaşlı nənə ad günündə atıldı

Amerikalı Eleonor Kanningem 100 yaşının tamam olduğu günü unudulmaz etmək istəyirdi. Onun arzusu həmin gün paraşütlə atılmaqdı.Nənənin nəvələri və nəticələri də onun arzusunu çin ediblər.Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Nyu-York şəhərinin yaxınlığındakı Qensuort şəhərində yaşayan 100 yaşlı Eleonor Kanningem 90 yaşından bəri paraşüt idmanı ilə məşğul olur.O, son 10 ildə 3 dəfə paraşütlə atılıb. Ahıl "macəraçı"nın hər atılışını onun ailə üzvləri videokameralarla çəkiblər.
100-cü ad günündə isə Eleonor nənə Qensuort şəhərindəki "Saratoga Skydiving" klubunda təyyarəyə mindirilib və təlimatçının yardımı ilə səmada paraşütlə pərvaz edib.Təlimatçı Din Makdonald və pilot Ceyson Vudun dediklərinə görə, nənə "çox cəsarətli" davranıb.
Mənbə: Milli.Az

 

10 noyabr 2014
GO BACK