"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının lideri, özünü "xəlifə" adlandıran Əbubəkir əl Bağdadinin öldüyü xəbəri yayılıb.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, ABŞ Hərbi-Hava Qüvvələrinin İraq-Suriya sərhədinin yaxınlığındakı Əl Kəim bölgəsində İŞİD-in mövqelərini bombalaması nəticəsində Əbubəkir əl Bağdadi yaralanmışdı. Onun olduğu binanın raket zərbəsi nəticəsində partlaması nəticəsində o, ağır yaralar alıb. İŞİD liderinin bombardmandan 3 saat sonra öldüyü deyilir.
Bağdadinin keçirdiyi toplantıya sızan casus binanın koordinatlarını veribmiş.
İŞİD olayla bağlı hələlik heç bir açıqlama yaymayıb.
Mənbə: Milli.Az