Qadin.NET / Evdən çıxmadan alver edənlərin sayı artır

Evdən çıxmadan alver edənlərin sayı artır

 

Evdən çıxmadan alver edənlərin sayı artır

Azərbaycanda elektron ticarətin həcmi durmadan artır. ANS PRESS-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumatına görə, cari ilin on ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-oktyabr aylarına nisbətən 2,5 dəfə artaraq 5,1 milyon manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 91,6 faizini hüquqi şəxslərin, 8,4 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 95,0 faizini qeyri-ərzaq malları təşkil edib. Xatırladaq ki, Dövlət Statistika Komitəsi bu ilin doqquz ayı üzrə elektron pərakəndə ticarət dövriyyəsinin həcmini açıqlayarkən da artım olduğunu göstərmişdi. Bu müddətdə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-sentyabr aylarına nisbətən 2,4 dəfə artaraq 4,4 milyon manat təşkil etdiyini bildirmişdi. Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 91,2 faizini hüquqi şəxslərin, 8,8 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb.Elektron ticarət dövriyyəsinin 94,9 faizini qeyri-ərzaq malları təşkil edib.

 Mənbə:ANS PRESS 

 

9 noyabr 2014
GO BACK