Qadin.NET / 20 il yararlılıq müddəti olan batareyalar hazırlanıb

20 il yararlılıq müddəti olan batareyalar hazırlanıb

 

20 il yararlılıq müddəti olan batareyalar hazırlanıb

Sinqapur alimləri texnologiya sahəsində ilkə imza atıblar. ANS PRESS-in məlumatına görə, Uzaq Şərq alimləri 5 dəqiqəyə enerji ilə təchiz olunan və sahibinə 20 il xidmət edəcək batareyalar hazırlayıblar. Qacetlərin müasir akkumulyatorları adətən 2-3 il yararlı olur və onları tez-tez enerji ilə təchiz etmək lazım gəlir. Nou-haunun müəllifləri Nanyan Texnoloji Universitetinin alimləridir. Professor Çen Syaodunun sözlərinə görə, bu icad bu gün geniş istifadə edilən li-ion batareyalarından daha effektivdir. Mobil telefon, planşet və digər qurğularda istifadə oluna biləcək akkumulyatorlar, adətən 500 dəfə qida bloku ilə təchiz oluna bilər ki, bu da 2-3 illik yararlılıq müddəti deməkdir. 

 Mənbə: ANS PRESS 

10 noyabr 2014
GO BACK