Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsindən Böyük Şor küçəsi istiqamətində yol təmir işləri ilə bağlı bağlanan yol bu gün səhər saatlarından açılıb. ANS PRESS-in məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. P.Mürsəliyev deyib ki, bu gün səhər saat 7:00-da həmin küçədə işlər başa catıb və avtomobillərin hərəkatı yenidən təmin olunub. Təmir işlərinə 100-dən yıxarı işçi 60 texnika cəlb olunub. Qeyd edək ki, həmin yol təmir işləri ilə bağlı üç günlük bağlanmışdır.
Mənbə:ANS PRESS