Qadin.NET / 20 yaşlı türk bütün İngiltərəni heyrətləndirdi

20 yaşlı türk bütün İngiltərəni heyrətləndirdi

Bu dəqiqələrdə İngiltərə Premyer Liqasında 11-ci turun ilk oyunu bitdi. 
Milli.Az Sports-a istinadən bildirir ki, öz meydanında Joze Mourinyonun yetirmələrini qəbul edən "Liverpul" qapısından buraxdığı iki qola üzülür. 
Halbuki oyunun 9-cu dəqiqəsində "Qırmızılar"ın 20 yaşlı türk oyunçusu Emre Can Tibo Kurtuanın qoruduğu toru silkələyərək bütün stadionu coşdurmuşdu. 
"Enfild"dəkilərin sevinci çox çəkməyib: 15-ci dəqiqədə Keyhill hesabı bərabərləşdirib. Kostanın 67-ci dəqiqədə vurduğu qolu isə matçın taleyini həll edib. Matça əlavə edilmiş 5 dəqiqə də ev sahibinə xeyir gətirməyib.
Liverpul 1 - 2 Çelsi 
Qollar: 9` Can, 15` Keyhill, 67` Kosta

Mənbə: Milli.Az

8 noyabr 2014
GO BACK