Qadin.NET / Bu oğlanın müqaviləsi ürəkləri partladacaq

Bu oğlanın müqaviləsi ürəkləri partladacaq

 

Fernando Alonso McLaren-lə rekord məbləğə anlaşıb. Milli.Az İnterfax-a istinadən bildirir ki, Ferrari-nin pilotu Fernando Alonsonun McLaren-lə bağlayacağı müqavilə "Formula-1" tarixində ən bahalı olacaq. Bu barədə İspaniyanın AS qəzeti məlumat yayıb. 33 yaşlı ispan pilot McLaren üçün 2015-ci ildən tər tökməyə başlayacaq. Çoxillik müqavilənin şərtləri açıqlanmır, ancaq onun 22 milyon avro aldığı Ferrari-dəki məbləğdən çox olduğu deyilir. 
Əlavə olaraq, Alonsoya rəqabətqabiliyyətli bolid üçün təminat da veriləcək. Müqavilənin rəsmi imzalanması barədə xəbərin Əbu-Dabidəki Qran-Pridən sonra açıqlanacağı gözlənilir. 

 

Mənbə: Milli.Az

8 noyabr 2014
GO BACK