Qadin.NET / 500 milyon dollarlıq vəsiyyət

500 milyon dollarlıq vəsiyyət

 

500 milyon dollarlıq vəsiyyət

Amerikalı mesenat Cerri Perençio Los-Anceles incəsənət muzeyinə (Los Angeles County Museum of Art) impressionistlərin 500 milyon dollar məbləğində qiymətləndirilən 47 sənət əsərini bağışlamaq barədə qərarını açıqlayıb. ANS PRESS-in buro247.az-a istinadən verdiyi məlumata görə, muzey rəhbərliyi bu kolleksiyada Klod Mone, Edqar Deqa, Eduard Mane, Pablo Pikasso və Kamilya Pissarro kimi məşhur sənətkarların əsərlərinin olduğunu bildirib. 83 yaşlı C.Perençio Los-Ancelesdə 70 il yaşadığını və ailəsinin şəhərə edilən bu hədiyyə görə qürur duyduğunu qeyd edib. Mesenatın vəsiyyətinə əsasən, Los-Ancelesin Bel-Eyr rayonundakı malikanəsində saxlanılan rəsm əsərləri və heykəllərdən ibarət kolleksiya onun ölümündən sonra muzeyə təmənnasız olaraq veriləcək. Bunun üçün C.Perençio rəhbərlik qarşısında muzeyin 2023-cü ilə planlaşdırılan yeni binasının tikintisini başa çatdırmaq tələbini qoyub.

 

Mənbə: ANS PRESS

8 noyabr 2014
GO BACK