Qadin.NET / Magistrlar əsgər getməyəcək

Magistrlar əsgər getməyəcək

 

Magistrlar əsgər getməyəcək

Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq. Bu məsələ parlamentdə yeni hazırlanan «Elm haqqında» qanun layihəsinə daxil edilib. ANS PRESS-in məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvi Musa Qasımlı Trend-ə bildirib ki, möhlət hüququnun verilməsində məqsəd təhsilin fasiləsizliyini təmin etməkdir: "Möhlət hüququnun olması hərbi xidmətdən azad edilmək anlamına gəlmir. Möhlət hüququ bitdikdən sonra həmin şəxslər Vətən qarşısında öz borclarını yerinə yetirməlidirlər".
Xatırladaq ki, magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi bir neçə dəfə Milli Məclisdə qaldırılsa da, bu məsələ qanunvericiliyə daxil edilməyib. «Elm haqqında» qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəsi nəzərdə tutulub.

 

Mənbə: ANS PRESS 

8 noyabr 2014
GO BACK