Qadin.NET / Nazirdən məktub

Nazirdən məktub

 

Nazirdən məktub

Dövlət Bayrağı Günü münasibətilə C.Naxçıvanski adına hərbi liseyin bir qrup kursantı Bayraq Meydanını və Bayraq Muzeyini ziyarət ediblər. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, sonra bayram tədbiri liseyin klubunda təntənəli şəkildə qeyd edilib. Əvvəlcə Müdafiə naziri general-polkovnik Zakir Həsənəvun təbrik məktubu şəxsi heyətə çatdırılıb. Bayram bədii hissə ilə davam edib. Sonda Həmkarlar İttifaqı Konfederasiyasının məsul işçisi Xoşqədəm Bağırova təhsildə və müsabiqələrdə fərqlənən bir qrup kursantı fəxri fərman və mükafatla təltif edib.

 

Mənbə:ANS PRESS

8 noyabr 2014
GO BACK