Qadin.NET / Cənnət meyvəsinin faydası

Cənnət meyvəsinin faydası

 

Cənnət meyvəsinin faydası

Cənnət meyvəsi adlandırlan xurma payızın ən sevimli meyvələrində biridir. Bəs sevərək yediyimiz bu meyvənin faydalarını bilirsiniz? ANS PRESS cənnət meyvəsinin ən faydalı xüsusiyyətlərini təqdim edir. Xurmanın tərkibində yüksək miqdarda antioksidan var. Buna görə orqanizmə sərbəst radikalların təsirini azaldır. Sərbəst radikallar yaş irəlilədikcə xəstəliklərə, o cümlədən xərçəng, görmə qabiliyyətinin itirilməsi riskini artırır. 
Liflərlə zəngin olduğu üçün toxluq hissi yaradır, həzm sisteminin işini tənzimləyir, qəbzlik problemini həll edir. 
Xurmaya bədənin süpürgəsi də deyilir. Çünki o orqanizmi toksik maddələrdən təmizləməkdə əvəzsizdir. 
Göz sağlamlığının qorunması üçün multi vitamin təsiri var. A, K, C vitamini və mineralar gözdə katarakt yaranmasının qarşısını alır. 
Tərkibindəki fito kimyəvi maddələr xərçəngdən qoruyur, xüsusilə süd vəzi xərçəngindən. O, hüceyrələri yeniləyir, qırışlar, dəri elastikliyinin, ləkələrin yaranması ilə mübarizə aparır. 
Natrium, kalium, kalsium, maqnezium, dəmir, kükürd, fosfor və xlor baxımından olduqça zəngindir. 
Bu meyvənin hamilələrə faydası da olduqca böyükdür. 
1. Hamiləlik dönəminin üç ay öncə başlanması və bütün bu dövrdə alınması lazım olan folik asitlə zəngindir. Folik asit yeni hüceyrə yaranmasında və hüceyrə yenilənməsində önəmlidir. 
2. Kalium bədəndə su səviyyəsinin qorunmasına kömək edir. 
3. Dəmir qansızlıq problemini aradan qaldırır. Hamilələr xurma yeyərək dəmir ehtiyacının bir hissəsini qarşılaya bilərlər. 
4. Kalsium sümüklərin möhkəmlənməsidə önəmlidir. 
5. Tərkibindəki maqnezium böyrəklərin fəaliyyətini tənzimləyir. 
6. A vitamini ilə zəngin meyvə hamiləlikdə imunnitetei gücləndirməyə kömək edir. 

 

Mənbə: ANS PRESS 

8 noyabr 2014
GO BACK