Qadin.NET / Azərbaycanda payızda yaz havası

Azərbaycanda payızda yaz havası

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı və Abşeron yarımadasında noyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal edilir.Gündüz mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 5-8, gündüz 12-17 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında noyabrın 9-da gündüz hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturu Aran rayonlarında gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 12-17 dərəcə isti olacaq.

Mənbə: Milli.Az

8 noyabr 2014
GO BACK