Alimlər növbəti sensasion açıqlama ediblər. Bu dəfə insan beyninin iman və paranormal hadisələrə inama cavabdeh olan hissəsini araşdırıblar. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, alimlər tədqiqata cəlb edilmiş insanların gözlərini qapayıblar. Sonra da onların keçirdikləri hissləri müşahidə ediblər. Nəticələr sadəcə heyrətamiz olub. Sən demə, bəzi adamlar doğrudan da fövqəltəbii varlıqları duya bilirlər. İsveçrə Texnoloji Universitetinin alimi Culiya Roqnini deyir ki, polterqeysti görmək mümkün deyil, lakin onu hiss etmək olar. Bu xüsusiyyət ölümün bir addımlığına qədər getmiş insanlarda daha güclüdür. Misal üçün, bəzi alpinistlərdə və səyyahlarda. Bundan başqa, nevroloji xəstəliklərdən əziyyət çəkənlər də ruhları hiss edə bilirlər.
Mənbə: Milli.Az