Səudiyyə Ərəbistanı hökuməti ölkənin məşvərət orqanından qadınların avtomobil idarə etməsi qadağasının qismən ləğvi ilə bağlı təklif alıb.Milli.Az musavat.com-a istinadən xəbər verir ki, məlumatı “Associated Press” yayıb.Hökumət təklifləri qəbul etsə, qadınların avtomobil idarə etməsinə bir sıra məhdudiyyətlər tətbiq olunacaq. Yaşı 30-dan çox olan qadınlar sükan arxasına keçə biləcəklər. Amma gündüz saatlarında və kosmetikasız. Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınların maşın sürməsinə qoyulan qadağanın dünyada analoqu yoxdur. Ultramühafizəkarlar hesab edirlər ki, əgər qadınlar avtomobil idarə etsələr, bu, əxlaqsızlığın yayılmasına səbəb ola bilər.
Mənbə: Milli.Az