Qadin.NET / Hansı insanlar daha çox yaşayırlar?

Hansı insanlar daha çox yaşayırlar?

Alimlər insanların həyatları ilə bağlı maraqlı məqamı ortaya çıxarıblar. Sən demə, gec ana olmuş qadınlar daha çox ömür sürürlər. Adətən cəmiyyətdə gec ana olmağın mənfi cəhətləri müzakirə olunur, ancaq alimlərin ortaya çıxardıqları məlumat bütün bu "mənfilərin" üzərindən xətt çəkib. Milli.Az-ın məlumatına görə, ekspertlər iddia edirlər ki, 33-37 yaşlarında ana olan qadınların uzun ömür yaşamaq şansı daha çoxdur. Danimarkalı alimlərin araşdırmasında 4800 nəfər iştirak edib. Alimlər uzun ömürlülüyün dəqiq səbəbini izah edə bilməyiblər. Amma ehtimal edilir ki, gec ana olmuş qadınların sağlamlıqları daha yüksəkdir. 

Mənbə: Milli.Az

8 noyabr 2014
GO BACK