Xəzər dənizinin Azərbaycan sektorundə zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, zəlzələ bu gecə yerli vaxtla saat 23.55.33-də Xəzər dənizinin 39.46, 51.30 koordinatlarında qeydə alınıb. 45 km dərinlikdə baş verən yeraltı təkanların 3.2 bal gücündə olduğu bildirilir.
Zəlzələ hiss olunmayıb
Mənbə: ANS PRESS