Qadin.NET / Günün ulduz falı

Günün ulduz falı

Qoç - Qarşınızda böyük perspektivlər var. Başqalarının görə bilmədikləri və imtina etdikləri işi yerinə yetirərək başa vura bilərsiniz. Yeni layihəni, alınan sifarişi və ya tapşırığı təhlil edin. Gərəkli avadanlığı alın, ya da hazırlayın.
Ehtiyac yaranarsa məsləhət üçün təcrübəli insanlara müraciət edin.Günün ikinci yarısında alış-verişdə dürüst seçim edin, qənaətli davranın.Axşam saatlarında gəzintidə xeyir var. Yaxşı istirahət edin.
Buğa - Günün ilk yarısında ətalətli, süst olmayın. Yorğunluq və pərişanlıq hissləri sizə yad olmalıdır. Səhhətinizdə yaranacaq kiçik problemlər işlərin ertələnməsinə, yarımçıq qalmasına səbəb olmamalıdır.
Diqqətli olun, ikinci dərəcəli məqamları ön plana çəkərək əsas işə laqeyd münasibət bəsləməyin.
Günün ikinci yarısında səfərdən imtina edin. Sükan arxasına oturmayın. Əksi olarsa səfər sizə problemlər yaradacaq.Axşam saatlarında qonaq getmək və ya dostları evə çağırmaq olar. Yeni münasibətlər üçün əlverişli zaman deyil.
Əkizlər - Günün ilk yarısında sizi yaxşı xəbərlər və xoş görüşlər gözləyir. Enerjili olun, pozitiv davranın. Sanki "ikinci nəfəs"iniz açılmış təki fəal çalışın. Belədə dürüst qərarlar qəbul edərək mürəkkəb problemlərin və işlərin öhdəsindən gələ bilərsiniz.Günün ikinci yarısında yaşam arealını qaydaya salın. Alış-verişə yollanmaq olar. Yeni tanışlıqlar üçün əlverişli zamandır. Mənfəət əldə ebə biləcəyiniz məqamı qulaqardına vurmayın. Ünsiyyətdə problem hiss etməyəcəksiniz.
Axşam saatlarına yaxın boş söhbətlər və gərgin, emosional mübahisələr sizi usandıracaq.
Xərçəng - Emosional müvazinətinizi qoruyun. Başladığınız işlərə laqeyd yanaşmayın. Qıcıqlı, xırdaçı, aqressiv olmayın. Bütün diqqəti məişət problemlərinin həllinə yönəltsəniz, ailə üzvləri, qohumlarla münaqişə yarana bilər. Hər məsələyə görə inciməyin, uğursuzluqlarınıza görə başqalarınızı suçlamayın.Günün ikinci yarısında sakitləşin. Hövsələli, təmkinli olun. Hər şeyi nəzarət altında saxlaya bilməyəcəyinizi anlayın. Dost və ya tərəfdaşla görüşün. Yaxınlarınızın məsləhətləri sizə yaşamın adi məhvərinə qayıtmağa yardım edəcək.
Şəxsi münasibətlərdə problem olduğu üçün görüşü ertələyin.
Şir - İntellektual bacarıqlarınızı və təşkilatçılıq məharətinizi işə salın. Yeni sifarişi qəbul edərək onu tərəfdaşlarla başa vurmaq üçün əla gündür. Köhnə dostlarla təmaslar səmimi olmalıdır. Ətrafınızdakı insanlarla həssas davranın. Çətin vəziyyətə düşmüş adama kömək edin.Günün ikinci yarısı işlərinizə pəl vurmaq istəyən insanın pərişan edilməsi üçün konkret addımlar zamanıdır. Xatirələrlə yaşamayın, ayıq olun. Romantik və sentimental fikirlər vaxtı deyil.
Sevdiyiniz insanı hədiyyə ilə sevindirin.
Qız - Günün ilk yarısı peşəkar fəaliyyət üçün uğurlu zamandır. Ətrafınızdakı insanlarla bağlı gözləntiləriniz böyük olmasın. Onları olduğu kimi, müsbət və mənfi cəhətləri ilə qəbul edin. Yaşamın rəvan axarına süni müdaxilə etməyin.Günün ikinci yarısında mümkün qədər praktik olun. Əldə etdiyiniz maliyyə vəsaitini effektiv şəkildə sərf edin. Axşam saatlarında normal istirahət etməyə çalışın. Sadiq dostlardan biri ilə əlaqə saxlamaq olar.
Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - Günün ilk yarısında proseslərin normallaşmağa başladığını hiss edəcəksiniz. Situasiya əlverişlidir və bundan istifadə edin. Münasibətlərinizin soyuduğu insanla təmasları normallaşdıra bilərsiniz. Çoxdan bəri sizi narahat edən anlaşılmazlığı çözmək zamanıdır. Amma söhbətə yaxşı hazırlaşın, çünki tərəfdaşınız sizi diqqətlə dinləyəcək və dedikləriniz məntiqli olarsa, nəzərə alınacaqsınız.
Günün ikinci yarısında nikbin olun. Ruhdan düşməyin. Yeni işi vaxtında bitirmək üçün potensial tərəfdaşlarla danışıqlar aparın.Axşam saatlarında əhvalınız yaxşılaşacaq, özünüzü gümrah hiss edəcəksiniz.
Əqrəb - Günün ilk yarısında müstəqil çalışmaqda fayda var. Son vaxtlar yaxın ətrafınızdakı insanlarla aktiv əməkdaşlıq etdiyinizdən nəticələr pis deyil. Amma daha yaxşı sonuclara nail olmaq üçün aktivləşin. İşlərin çoxluğu sizi yora bilər. Süst olmayın, yorulduğunuzu nümayiş etdirməyin.
Günün ikinci yarısında səylərinizi yönəldə biləcəyiniz istiqaməti müəyyənləşdirin. Dəyər verdiyiniz insanların sizi dərhal anlayacaqlarını düşünməyin. Əksinə, onlar fikrinizi əsas işdən yayındıra bilərlər. Situasiyaya sərt reaksiya versəniz, narazılıq və hətta münaqişə yarana bilər.
Səhhətinizin qeydinə qalın. Axşam saatlarında əyləncəyə yollanın.
Oxatan - Günün ilk yarısı asan olmayacaq. Uğursuz zamandır. Təlaşa düşməyin, situasiya ilə barışın. Maliyyə itkiləri istisna deyil. Ehtiyatlı, eyni zamanda çevik və məntiqli olsanız, problemlərin tam əksəriyyətini həll edə bilərsiniz.
Günün ikinci yarısında sevdiyiniz insanla münasibətlərdə sərinlik yaratmayın. Qayğıkeş, səmimi olun. Məntiqli davranın - situasiyada köklü dəyişikliklər etmək mümkün deyilAxşam saatlarında dostlarla görüş əhvalınızı yaxşılaşdıracaq. Onlara xoş sözlər söyləyin.
Oğlaq - Günün ilk yarısı nisbətən sakit olacaq. Yeni imkanlar, perspektivlər və başgicəlləndirici uğurlar gözləməyin. Bununla yanaşı, ciddi problemlər də olmayacaq. Ən müxtəlif problemlərin öhdəsindən izafi zəhmət çəkmədən gələ bilərsiniz. Uğura doğru səbrlə irəliləyin, geri çəkilməyin.
Günün ikinci yarısında fəaliyyətinizin formasını və ilkin nəticələrini dəyərləndirin. Təkmilləşdirilmə tələb edən məsələlərə diqqət yetirin. Yeni tanışlıq və romantik örüşə bel bağlamayın.
Axşam saatlarında normal istirahət edin.
Dolça - Problemlərdən xali olmayan gündür. Dostların yardımlarından imtina etməyin. Təşkilati məsələləri təkbaşına həll etməyə çalışırsınızsa, müstəqil fəaliyyətin təfərrüatlarını nəzərdən keçirin. Problemlərin öhdəsindən əla gələcəksiniz. İdeyalarınızdan birini tanışlarla bölüşə bilərsiniz.Günün ikinci yarısında qayğıkeş tərəfdaş, maraqlı həmsöhbət, həssas dost olmağa çalışın. Yaxın ətrafınızdakı insanlarda özünüzə rəğbət oyadın. Romantik təmaslar zamanı deyil. Maraqlarınızın təminatına çalışın.
Balıqlar - Əlverişli situasiyadan maksimum səviyyədə bəhrələnməyə çalışın. Ünvanınıza təriflər eşidəcəksiniz. Buna rəğmən, aktiv fəaliyyətinizi davam etdirin. Cəmiyyətdə nüfuza malik insanla tanış ola bilərsiniz. Diqqətli və sərvaxt olun.
Günün ikinci yarısında alış-verişə çıxmaq olar. Simiclik etməyin. Gəlirləri artırmaq üçün ənənəvi vasitələrdən fərqli olaraq, alternativ metoda əl atın.Axşam saatlarında parlaq təəssüratlar və maraqlı görüş istisna deyil.
Mənbə: Milli.Az

 

8 noyabr 2014
GO BACK