Dünya LTE rabitəsi bazarının həcmi durmadan artır. Bunu bir daha Digitimes Research şirkətinin analitikləri sübut edərək dünya miqyasında dördüncü nəsil şəbəkəsindən istifadə üzrə proqnoz təqdim ediblər.Milli.Az İCT nevs-a istinadən bildirir ki, ekspertlərin qiymətləndirməsinə görə, 2014-cü ilin dördüncü rübündə dünyada LTE abunəçilərinin (FDD-LTE, TD-LTE və FDD/TD-LTE texnologiyaları nəzərə alınmaqla) sayı 379,3 milyona çatacaq ki, bu da əvvəlki rübdən 14,9 faiz çoxdur və bir il əvvəlki göstəricini 89,6 faiz ötür.Cari ilin sonunadək daha çox LTE istifadəçisi Şimali Amerika (40,4 faiz) və Asiya-Sakit okean regionunda (40,1 faiz) yaşayacaq. Avropanın payı 15,5 faizə bərabər olacaq. 2015-ci ilin birinci rübündə Asiya-Sakit okean regionu Çinin China Mobile mobil operatorunun TD-LTE abunəçi bazasının artması sayəsində LTE servislərinə abunəçi sayına görə lider olacaq.Mütəxəssislərin proqnozlarına görə, dekabrın sonunadək 306 FDD-LTE, 45 TD-LTE və 16 FDD/TD-LTE şəbəkəsi kommersiya istifadəsində olacaq.Digər ABI Research analitik şirkətinin proqnozuna əsasən, cari ilin sonunadək 411 milyon nəfər LTE şəbəkəsindən istifadə edəcək, həmçinin LTE-Advanced servisinin abunəçi sayı 22 milyon təşkil edəcək. LTE şəbəkənin planet əhalisinin üçdə bir hissəsini əhatə edəcəyi gözlənilir.
Mənbə: Milli.Az