Qadin.NET / Mükafatsız qaldıq

Mükafatsız qaldıq

Almaniyanın Bremen şəhərində 22-ci dünya çempionatında komanda yarışları başlanıb.

Azərbaycan Karate Federasiyasından Trend-ə verilən məlumata görə, komanda kumite yarışlarında iştirak edən Tural Ağalarzadə, Şahin Atamov, Niyazi Əliyev, Ayxan Mamayev və Rafiz Həsənovdan əlavə, heyətə cəlb edilən Pənah Abdullayev və Orxan Heydərli 3-cü görüşdə mübarizəni dayandırmalı olublar.
Günün nəticələri:
Kişilər
Azərbaycan - Çin 3:0
Tural Ağalarzadə 8:0, Pənah Abdullayev 8:0, Ayxan Mamayev 5:1
Azərbaycan - Braziliya 3:0
Tural Ağalarzadə 4:1, Niyazi Əliyev 5:0, Ayxan Mamayev 5:0
Azərbaycan - Türkiyə 2.5 - 2.5. Türkiyə 2 xal fərqi ilə qalib gəlib.
Niyazi Əliyev - Ehes Erkan 0:5
Tural Ağalarzadə - Sərkan Yağçı 0:0
Şahin Atamov - Yasər Şahintəkin 2-2
Ayxan Mamayev - Ərman Ərtəmur 3-0
Pənah Abdullayev - Gökhan Gündüz 1-1
Qələbə görüşün sonuna 4 saniyə qalmış əldən verildi. Rəqib qrup finalında 2:3 hesabı ilə uduzduğundan komandamızın bürünc medal şansları da yoxa çıxdı.
Qadınlar
Azərbaycan - Hindistan 2:0
İlahə Qasımova 8:0, Fəridə Abiyeva 8:0
Azərbaycan - Finlandiya 0:2
Nuranə Əliyeva 0:3, İlahə Quliyeva 1:4
Rəqib qrup finalında məğlub olduğuna görə komandamızın bürünc medal şansı boşa çıxdı.
Mənbə: Milli.Az

 

7 noyabr 2014
GO BACK