NATO Ukrayna sərhədində Rusiya qoşunlarının cəmləndiyini müşahidə edir.ANS PRESS-in məlumatına görə, bu barədə Reuters-ə NATO-nun zabitlərindən biri məlumat verib.Adının açıqlanmasını istəməyən zabitin sözlərinə görə, NATO-da Rusiya tanklarının sərhədi keçərək Ukraynaya daxil olması haqqında dəqiq məlumatlar var."Biz bu məlumatları təsdiqləyə bilərik. Rusiya qoşunları və hərbi texnikası Ukraynanın sərhədində cəmlənib", - deyə zabit bildiribRəsmi Kiyev Ukraynaya Rusiya ərazisindən 32 tankın daxil olduğunu bəyan edib.Qeyd edək ki, noyabrın 4-də NATO baş katibi Yens Stoltenberq bəyan etmişdi ki, Rusiya qoşunları Ukrayna sərhədinə yaxınlaşır.Məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi də açıqlama vermişdi: "Guya bizim qoşunlar Ukrayna sərhədinə yaxınlaşır. Yalandır".
Mənbə: Milli.Az