Qadin.NET / Azərbaycanda uşaqlarda daha çox hansı xəstəliklərə rast gəlinir?

Azərbaycanda uşaqlarda daha çox hansı xəstəliklərə rast gəlinir?

 

Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev APA-ya açıqlamasında deyib ki, bu gün Azərbaycanda ümumi uşaqların sayı 3 milyona yaxındır və onların böyük əksəriyyəti icbari dispanserizasiyaya cəlb edilib. Baş pediatrın sözlərinə görə, hazırda Azərbaycanda uşaqların icbarı dispanserizasiyası davam etdirilir və işlər gedir. Dekabrın sonuna kimi bütün uşaqlar icbari tibbi müayinəyə cəlb olunacaq. N.Quliyev qeyd edib ki, uşaqların yoxlanılması zamanı onlarda daha çox tənəffüs üzvlərinin xəstəliklərinə rast gəlinib. Bundan əlavə, uşaqlarda yeni doğulma-çağalıq dövründə yaranan xəstəliklər daha çox müşahidə olunub.

Mənbə: Milli.Az

7 noyabr 2014
GO BACK