Qadin.NET / Hökumətin namaz icazəsi

Hökumətin namaz icazəsi

 

Hökumətin namaz icazəsi

"Azərbaycanda heç vaxt iki təriqət – sünni və şiələr arasında qarşıdurma olmayıb. Zamanında sünni və şiələr eyni məsciddə namaz qılıblar. Məscidi təriqətlər üzrə bölmək olmaz. İslam dini də bunu qəbul eləmir."ANS PRESS-in məlumatına görə, bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AzadlıqRadiosuna müsahibəsində deyib. O bildirib ki, Quranın özündə də hansısa təriqət çağırışını pisləyən ayə var. Namaza yığışan adamların məscidi bölməsini, oxşar çağırışları qəbul etmirik: "Kim harada istəyir namazını qılsın. Bakıda olan məscidlərin sayı dini ayinlərin icrası üçün məscidlərə gələnlərin sayından çoxdur. Məscidlərin tutumunu ay ərzində ibadətə gələnlərin sayı ilə müqayisə etsək, görərik ki, məscidlərin tutumunun kifayət qədər olduğunu görərik."Onun sözlərinə görə, mən məscidləri hansısa dini təriqətlərə bölməyin tərəfdarı deyiləm. Belə bir bölgünün axırı cəmiyyəti bölməyə gətirib çıxara bilər. Bu cür təhlükəli «təşviqat»ın nəticələri gözümüzün qabağındadır. Bir neçə müsəlman ölkəsində qarşıdurma böyük silahlı toqquşmalara gətirib çıxarıb. Xristianlıqda, buddizmdə, iudaizmdə, İslamda da müəyyən bölgülər, təriqətlər var. Təriqət davası o zaman baş verir ki, bunu qızışdıranlar, qabardanlar olur: "Xristian aləmində bu cür qarşıdurmalar sönmüş ocağa bənzəyir. Müsəlman aləmində isə kimlərsə bunu körükləyərək yenidən qızışdırmaq istəyir. Azərbaycan tolerant bir ölkədir. Azərbaycan xalqı mədəniyyətdə, dində, əxlaqda, dünyagörüşündə, xaraktercə tolerantdır." M.Qurbanlı hazırda Azərbaycanda 2 min 50-yə yaxın məscid olduğunu, Bakıda məscidlərə bayram və cümə namazlarında daha çox insan gəldiyini söyləyib.

 

Mənbə: ANS PRESS 

7 noyabr 2014
GO BACK